Əmək yarmarkası, işəgötürənlərlə növbəti görüş keçirilib
Abşeron-Xızı RMF-nin təşkilatçılığı ilə Xırdalan şəhərində növbəti Əmək yarmarkası və işəgötürənlərlə növbəti görüş keçirilmişdir.
Tədbirdə Abşeron İcra Hakimiyyəti Başçısının müavinləri, idarə, təşkilat rəhbərləri, özəl və dövlət qurumlarının nümayəndələri iştirak etmişdilər.
20-dən artıq müəssisənin iştirak etdiyi Əmək yarmarkasında 100-dən artıq vakanat iş yerləri təqdim edilmişdir.
Daha sonra işəgötürənlərlə görüşdə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, layihələri barədə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmış və işəgötürənlərə təşəkkürnamələr təqdim edilmişdir.