Xırdalanda yaşayış binasında dəhşətli partlayış

Xırdalanda yaşayış binasında dəhşətli partlayış

 

Xırdalanda yaşayış binasında güclü partlayış olub. 
 
Xırdalan informasiya agentliyi FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
 
Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb.
 
FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
 
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.