Yanvarın 20-də hava necə olacaq?

Yanvarın 20-də hava necə olacaq?

 

Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən həmin gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.
 
Həmin gün şimal-qərb küləyi 7-12 m/s, gecə və səhər arabir 15-17 m/s-dək güclənəcək.
 
Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq.
 
Xatırladaq ki, həmin gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunacaq.