Abşeronda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin və YAP Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar“dəyirmi masa keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Abbas Əliyev bildirib ki, ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan edilməsi hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti mühüm addımlardan biridir. Müstəqil respublikamızda ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyinin bu ilə təsadüf etdiyini, o cümlədən düşmən üzərində qazanılan şanlı Zəfərin 5 ilinin tamam olduğunu xatırladan Abbas Əliyev qeyd edib ki, ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyulması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
A.Əliyev çıxışında həmçinin Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycan ictimai-siyasi həyatının ən əlamətdar, ən şərəfli səhifələrindən biri olduğunu, YAP-ın 33 illik fəaliyyətinin, müstəqil Azərbaycanın yeni tarixini əks etdirdiyini qeyd edib, Partiyanın yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu və demokratik inkişaf prosesində yaxından iştirak etdiyini, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini verdiyini vurğulayıb.
Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova bildirib ki, Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı cənab İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edən hüquqi islahtlar, müvafiq dövlət proqramları, habelə ictimai proseslər dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza ataraq adını qalib dövlətlər sıralarına yazdırdı, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Gülnar Rəhimova həmçinin çıxışında 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsinin milli dövlətçilik şurunun dahada möhkəmləndirilməsinə, dünya azərbaycanlılarının, o cümlədən gənclərin bir hədəf və amal ətrafında daha sıx birləşməsinə şərait yaradacağnı vurğulayıb.
Hazırda dövlət bayrağimizin əzəli torpaqlarımızda, işğaldan azad edilən ərazilərdə əzəmətlə dalğalandığını vurğulayan Gülnar Rəhimova Qarabağın çox surətli şəkildə bərpa olunduğunu və soydaşlarımızın doğma ata-baba yurdlarına geri döndüyünü qeyd edib.
Daha sonra Abşeron RİH-nin baş məsələtçisi, Könüllülük fəaliyyəti üzrə kordinator, Vətən Müharibəsi şəhidi Səxavət Abbasovun anası Mayisə Abbasova çıxış edərək gənclərə vətənpərvər olmağı, dövlətlərini sevməyi, vətəni qorumağa hər zaman hazır olmağı, qanunlarımıza əməl etməyi, Ali Baş Komandanın ətrafında sıx birləşməyi tövsiyə edib. O, oğlu şəhid Səxavət Abbasovun həyat və döyüş yolundan danışaraq könüllülərə gələcək həyatlarında uğurlar arzulayıb.
Görüş diskussiya şəklində davam etdirilib.