Abşeron rayon birinciliyi keçirilib

Abşeron rayon birinciliyi keçirilib

 

 

 

 

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Regional Təhsil İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə  10 aprel 2025-ci il tarixində Abşeron Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyunu üzrə 2
 Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 15 komandanın iştirak etdiyi hərbi-idman oyununda I yerə Saray qəsəbə 3 nömrəli tam orta məktəbin, II yerə Aşağı Güzdək qəsəbə 2 nömrəli tam orta məktəbin, III yerə isə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.
 
Qalib komandalar Regional İdarənin diplomları ilə təltif olunub, l yeri tutan komanda isə yarışların zona mərhələsinə vəsiqə qazanıb.