Rayon rəhbəri stasionar müalicə alan vətəndaşları, şəhid ailə üzvlərini və qaziləri ziyarət edib
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə alan vətəndaşları, şəhid ailə üzvlərini və qaziləri ziyarət edib. Həmçinin tibb müəssisəsində çalışan şəhid İlqar Vəliyevin həyat yoldaşı, Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Təhminə Vəliyevanı doğum günü münasibətilə təbrik edib.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıqova da rayon icra başçısı Abdin Fərzəliyevə öz növbəsində təşəkkürünü bildirib, Abşeron rayonunda yaradılan bu səmimi abu-havanın xüsusi hiss edildiyini, eləcə də qazi və şəhid ailələrinə göstərilən yüksək qayğı- diqqətin hər kəs tərəfindən nümunəvi addım kimi dəyərləndirildiyini vurğulayıb.