Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavənin müddəti uzadılıb.

Bununla bağlı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib.

Baş nazir Əli Əsədovun imzaladığı dəyişikliyə əsasən tibb işçilərinə əlavələrin müdəti martın 1-dən mayın 1-dək uzadılıb.