Oğuzda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub

Oğuzda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub
Oğuzda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub

Oğuz rayonunda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, FHN-nin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşə zolağının qalan hissəsi mühafizə olunub, yanğın söndürülüb.