Gələn il proqnozlaşdırılan təhsil və səhiyyə xərcləri məlum olub

Gələn il proqnozlaşdırılan təhsil və səhiyyə xərcləri məlum olub
Gələn il proqnozlaşdırılan təhsil və səhiyyə xərcləri məlum olub

Azərbaycanda 2023-cü il üçün təhsil və səhiyyə sahəsinə nə qədər vəsait xərclənəcəyi ilə bağlı proqnoz açıqlanıb.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

Gələn il Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinin 4 403,8 milyon manat olması gözlənilir.

2022-ci il üçün bu vəsait 3 886,6 milyon manat olub.

Səhiyyə xərclərinə isə cari illə müqayisədə 11,5 faiz və ya 196,3 milyon manat çox vəsait proqnozlaşdırılıb.