Qarabağın kimə aid olduğu bəllidir. Məgər bilmirsiniz?

Qarabağın kimə aid olduğu bəllidir. Məgər bilmirsiniz?
Qarabağın kimə aid olduğu bəllidir. Məgər bilmirsiniz?

Moskva, Brüssel və Vaşinqton Qarabağın müstəqilliyini tanımağa hazır deyil.

Region media informasiya agentliyi BBC-yə istinadla xəbər verir ki, bu sözləri Nikol Paşinyan Ermənistan mediasına müsahibəsində deyib.

“Əgər mən xalqımızla həqiqətin dilində danışmağa borcluyamsa, o zaman bunları qeyd etməliyəm və bunu daha əvvəl, müharibədən öncə də etməliydim: adı çəkilən heç bir ölkə, heç kim Qarabağın müstəqilliyini və yaxud Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik", - o bildirib.

Paşinyanın sözlərinə görə, bütün dünya beynəlxalq nöqteyi-nəzərdən "Qarabağın Azərbaycanın bir hissəsi" olduğu barədə bəyanatlar veriblər:

“Və bu açıq bəyanatlardı. Məgər bu təzə xəbərdir?"