Rus evində poeziya axşamı keçirilib

Rus evində poeziya axşamı keçirilib
Martın 29-da Bakıdakı Rus evinin Poeziya klubu çərçivəsində “açıq mikrofon” formatında poeziya axşamı keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə gənc həvəskar şairlər və Azərbaycanın Rus Gəncləri Assosiasiyasının fəalları iştirak ediblər.