Milli Kitabxanada “20 Yanvar” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “20 Yanvar” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 20 Yanvar hadisəsinin 33-cü ildönümünə həsr edilən “20 Yanvar” adlı virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin yanvarın 20-də baş verən hadisələr haqqında fikirləri, fotolar, kitablar, eləcə də mövzu haqqında dövri mətbuatda dərc olunan məqalələr nümayiş edilir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/20_Yanvar_Qan_yaddasimiz/index.htm linkindən istifadə edə bilərlər.