Bakıdakı Rus evi Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı hazırlayıb

Bakıdakı Rus evi Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı hazırlayıb
Bakıdakı Rus evi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə musiqi hədiyyəsi - konsert proqramı hazırlayıb.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsert martın 7-si saat 19:00-da Bakıdakı Rus evində təşkil olunacaq.