“Sumqayıt” Premyer Liqanın üçüncü dövrəsinə Antalyada hazırlaşacaq

“Sumqayıt” Premyer Liqanın üçüncü dövrəsinə Antalyada hazırlaşacaq
“Sumqayıt” futbol klubu Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığını Antalyada keçirəcək.

AZƏRTAC kluba istinadla xəbər verir ki, gələn il yanvarın 5-dən 18-dək Lara bölgəsində yerləşən “Concord Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 2 yoxlama oyununda gücünü sınayacaq.

Yanvarın 12-nə və 17-nə nəzərdə tutulan qarşılaşmalardakı rəqiblər hələ müəyyənləşməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin