“Şamaxı” klubu Antalyada üç yoxlama oyununda gücünü sınayacaq

“Şamaxı” klubu Antalyada üç yoxlama oyununda gücünü sınayacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunda "Neftçi" ilə oyundan sonra istirahətə buraxılan “Şamaxı” komandası yanvarın 3-də Bakıda bir araya gələcək.

AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Antalyaya yollanacaq və 11 gün "Kamelya Selin" hotelində məskunlaşacaq. Bu müddətdə komanda 3 yoxlama oyunu keçirəcək.

Təmsilçimiz yanvarın 11-də Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klubları ilə qarşılaşacaq. "Şamaxı" sonuncu oyununu yanvarın 18-də Serbiyanın "Napredak" klubuna qarşı keçirəcək.