Abşeronda 28 yaşlı əqli qüsurlu qadın itkin düşüb - FOTO

Abşeronda 28 yaşlı əqli qüsurlu qadın itkin düşüb - FOTO


Abşeronda 28 yaşlı əqli qüsurlu qadın itkin düşüb.

Bildirilib ki, 28 yaşlı, dolu bədənli, 1.55 boyunda olan Sona İlhamqızı iyulun 30-da yaşadığı Masazır qəsəbəsindən çıxaraq Vulkan dağı istiqamətində hərəkət edib:

“Sonradan yolu itirib. Görənlərdən evə qayıtmaq üçün yolu itirdiyini bildirib. Əynində boz açıq rəngli qolsuz köynək, qara şalvar olub. Ağzını qara rəngli şərflə bağlayıb. Görən, xəbər verən şəxsi böyük mükafat gözləyir. Əlaqə nömrələri: 051 671 77 22; 055 233  35 37”.