Novxanıda iki avtomobil toqquşub, maşınlar yanıb

Novxanıda iki avtomobil toqquşub, maşınlar yanıb

 

 Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Xırdalan informasiya agentliyinin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Novxanı kəndində “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdan keçən qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.