“Endorfin” axşamı keçirilib
Sumqayıt bulvarında başlayan “Xəzərin sahilində” layihəsi sakinlərin və şəhərin qonaqlarının ürəyincə olub.
Abşeron- Xızı Regional Mədəniyyət İdarəsindənbildirilib ki, layihə çərçivəsində ilk olaraq təqdim olunan konsertdə N. Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivləri çıxış ediblər. Yayın isti havasında “Endorfin” rok musiqi qrupunun rəngarəng musiqi nömrələri maraqla qarşılanıb.
Konsert çərçivəsində sumqayıtlı rəssamlar musiqi sədaları altında rəsm əsərləri çəkiblər.
Şəhər sakinlərinin sevimli istirahət məkanı olan dənizkənarı bulvarda axşam saatlarında növbəti dəfə konsert proqramı və gənc rəssamların plenerləri də təşkil olunacaq.
Qeyd edək ki, “Xəzərin sahilində” layihəsi sentyabr ayının 3-dək davam edəcək.