Abşeronda məntəqələrdə seçici fəallığı qeydə alınıb

Abşeronda məntəqələrdə seçici fəallığı qeydə alınıb

 

Prezident seçkiləri 50 saylı Abşeron üçüncü seçki dairəsində də uğurla keçir.

Dairə seçki komissiyasının sədri Çingiz Hünbətovbildirib ki, seçki dairəsinə daxil olan 42 məntəqədə indiyədək hər hansı pozuntu qeydə alınmayıb. Dairə üzrə 53936 seçicinin səsvermə hüququ var və onların səs verə bilmələri üçün lazımi şərait yaradılıb.

Seçicilər səsvermədə fəal iştirak edirlər. Dairədə akkreditə olunmuş yerli və xarici müşahidəçilər seçki prosesini diqqətlə izləyirlər.

  

49 saylı Abşeron ikinci seçki dairəsinin sədri Rafəddin Nağdaliyev deyib ki, dairə üzrə olan 36 seçki məntəqəsində səsvermə prosesi sakit keçir. Yüksək seçici fəallığı qeydə alınır. İndiyədək heç bir qanun pozuntusuna rast gəlinməyib.

Qeyd edək ki, bu dairə üzrə səsvermədə iştirak etmək hüququ olan 49563 seçici var.


  47 saylı Sumqayıt-Abşeron-Qaradağ dairə seçki komissiyasının sədri İlqar Allahverdiyev məlumat verib. O, dairə üzrə seçici siyahısında 55 min 264 seçicinin qeydə alındığını, onlardan 300-ə yaxınının ilk dəfə səsvermədə iştirak etdiyini, 533–nün isə 80 yaşdan yuxarı olduğunu qeyd edib.

“Seçki başlayandan əksər məntəqələrdə vətəndaşların yüksək fəallığı müşahidə olunur”, - deyən İ.Allahverdiyev seçicilərin öz mövqelərini sərbəst şəkildə ifadə etmək üçün bütün məntəqələrdə lazımi imkanlar yaradıldığını vurğulayıb. Səsvermə prosesini yerli və xarici müşahidəçilər izləyir. Onların arasında ATƏT-in Demokratiya Təsisatları və İnsan Hüquqları Bürosunun təmsilçiləri Sarı Ayxan (Türkiyə) və Elena Balandina (Rusiya Federasiyası) da var.

Səsvermənin şəffaflığını təmin etmək məqsədilə yeddi seçki məntəqəsində müşahidə kameraları quraşdırılıb. MSK-nın saytı vasitəsilə burada səsvermə prosesini tam şəkildə canlı izləmək mümkündür.

 

Komissiya sədri həmçinin, dislokasiyaya uyqun olaraq dairə üzrə Sumqayıt şəhərindən 26 min 533, Abşeron rayonundan 12 min 412, Qaradağ rayonundan 11 min 184 və müvəqqəti yaradılan 6 seçki məntəqələrində 5135 vətəndaşın öz Konstitusiya borcunu rahat və sərbəst yerinə yetirmək üçün bütün şəraitin olduğunu bildirib.