Beynəlxalq Muzeylər Günü münasibətilə Abşeron rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub

Beynəlxalq Muzeylər Günü münasibətilə Abşeron rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub

 

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Abşeron rayon Mədəniyyət Mərkəzinin filialı Qobu qəsəbə Sənətkarlıq evi və Abşeron rayon MKS-nin Qobu qəsəbə 1 saylı kitabxana filialının əməkdaşları, Sənətkarlıq evinin tibb kursunun müəllim və tələbə kollektivi 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə Abşeron rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya zamanı Mərkəzin  bələdçisi Samirə Ramazanova Ulu öndərin həyat və fəaliyyətinin əks olunduğu eksponatlar haqqında ətraflı məlumat verib və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tarixi qələbəsi haqqında danışıb, iştirakçıların suallarını cavablandırıb. Sonda Ümumilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkilləri çəkilib.