Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edəcək
Regional Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edəcək
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva Xızı rayonunda vətəndaşları qəbul edəcək.
12 iyul 2024-cü il tarixində Xızı şəhər akademik M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbdə növbəti səyyar qəbul keçiriləcək
Xızı rayon sakinləri Abşeron-Xızı rayonları üzrə Təhsil Sektoruna müraciət edərək qəbula yazıla bilərlər.
Qeyd edək ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
#AbşeronXızıRTİ #EduAz #səyyarqəbul