Müasir metodik xidmət" layihəsi çərçivəsində növbəti görüş keçirilib

Müasir metodik xidmət" layihəsi çərçivəsində növbəti görüş keçirilib

 

  

"Müasir metodik xidmət" layihəsi çərçivəsində növbəti görüş keçirilib 
 
09.07.2024-cü il tarixində məktəblərdə “Müasir metodik xidmət” layihəsi çərçivəsində metodist fəaliyyəti göstərən müəllimlərlə hesabat xarakterli görüş keçirilib. 
 
Görüşdə fevral – iyun ayları ərzində metdositlərin dinlədikləri dərslər, keçirdikləri metodik və fərdi görüşlər, eləcə də təlimlər barədə söhbət aparılıb. 
 
Metodistlər Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Ramin Abasov və Tədrisin Keyfiyyəti Sektorunun müdiri Rahim Novruzovun suallarını cavablandıraraq ibtidai sinif müəllimlərinin çətinlik çəkdiyi məqamların aradan qaldırılması üçün gördükləri işlər barədə hesabat veriblər.