1 milyondan çox seçici səs verdi - Yenilənir

1 milyondan çox seçici səs verdi - Yenilənir

 

Bu gün saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
 
Bu barədə MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
 
O qeyd edib ki, saat 10:00-a qədər respublika üzrə 636 842 nəfər səs verib. Seçici fəallığı 9,2% olub.
 
F.Orucov əlavə edib ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.
 
***
 
Saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
 
MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 20,39% olub.
 
F.Orucovun sözlərinə görə, qeyd edilən müddətə qədər respublika üzrə 1 milyon 309 min 522 nəfər səs verib. Hesabat vermiş məntəqələrin sayı 6478-dir.